Bakıda “Saxla” əmri verən polisi “məhəllə söhbətinə” çağırdılar - Ara qarışdı - Video

saytların hazırlanması

Evə çatdırılma

Bakıda “Saxla” əmri verən polisi “məhəllə söhbətinə” çağırdılar - Ara qarışdı - Video

Sosial

27 Yanvar 2020 15:53 1926


Sosial şəbəkələrdə Bakının Binəqədi rayonunda yol polisinin dislokasiya yerindən kənarda xidmət aparması ilə bağlı yayılan iddialar araşdırılıb. 

"Yeni Sabah" xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsinin Mətbut xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev BakuCity.az-a bildirib ki, gecə saatlarında yol hərəkəti qaydalarının pozuntusu ilə müşayiət olunan "Mercedes” markalı avtomobilə Binəqədi DYPŞ əməkdaşları "saxla” işarəsi veriblər.

Sürücü yol polisinin qanuni tələbinə əməl etməyib, rayonun Sulutəpə qəsəbəsi istiqamətində hərəkəti davam etdirib. Dördpendirli pizza

Qanunvericiliyə uyğun olaraq, avtomobil saxlanılıb, sürücü E.İbrahimlinin sərxoş olması müəyyən edilib. O, İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunub, avtomobil mühafizə olunan duracağa qoyulub. 

O da müəyyən olunub ki, sürücü məsuliyyətdən yayınmaq üçün məhəllə sakinlərini DYP əməkdaşları ilə mübahisəyə təhrik edib. DYP əməkdaşları qətiyyət göstərərək qanunvericiliyə uyğun olaraq öz vəzifələrini icra ediblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!