Bakıda sərxoş şəxs avtomobili polisin üstünə sürdü

saytların hazırlanması

Evə çatdırılma

Bakıda sərxoş şəxs avtomobili polisin üstünə sürdü

Kriminal

20 Aprel 2020 16:38 961


Ötən gün Bakının Suraxanı rayonunda hakimiyyət nümayəndəsinin qanuni tələblərinə itaətsizlik hadisəsi qeydə alınıb.

Xüsusi karantin rejimininin qaydalarını pozan sərxoş sürücü avtomobili polis əməkdaşının üstünə sürüb.

Yenisabah.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə aprelin 19-da, saat 04:00 radələrində Ramana qəsəbəsində baş verib. Pepperoni pizza

Hüquq-mühafizə orqanlarının əməkdaşları karantinlə əlaqədar qurulan postda “Opel” markalı avtomobili saxlamağa çalışıblar. Lakin sürücü onların tələblərinə məhəl qoymayaraq, idarə etdiyi avtomobili Post-Patrul Xidmətinin əməkdaşı Nurlan Müzəffərlinin (1997-ci il təvəllüdlü) üstünə sürüb. Nəticədə, xəsarət alan asayiş keşikçisi Daxili İşlər Nazirliyinin xəstəxanasına yerləşdirilib.

Polislər qanunu pozan Gürcüstan vətəndaşı, 1987-ci il təvəllüdlü Sahir Nəsibovu saxlayıb.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!