Bakıda sərxoş şəxs avtomobili yandırdı - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Bakıda sərxoş şəxs avtomobili yandırdı - Fotolar

Hadisə

12 May 2023 02:07 1199


Bakının Nərimanov rayonunda yanğın hadisəsi baş verib.

Yenisabah.az APA-ya istinadən xəbər verir ki, hadisə Nərimanov rayonunda qeydə alınıb.

Belə ki, Xətai prospekti 16 ünvanında VAZ-21011 alovlanmağa başlayıb. Pepperoni pizza

Hadisə yerinə FHN-in DYMX-nin əməkdaşları gəlib. Alovun ətraf əraziyə keçməsinin qarşısı alınıb. Hadisə nəticəsində yanıq xəsarətləri alan şəxs aşkarlanaraq Yanıq Mərkəzinə yerləşdirilib.

Hadisə şahidlərinin dediyinə görə, həmin şəxs tüfeyli həyat tərzi keçirib. Hər gün avtomobildə özünə sığınacaq seçib.

Nərimanov Rayon Polis İdarəsinjn əməkdaşları hadisə yerinə gəlib. Maşın sahibinin izahatı alınıb. Xəstəxanadan verilən məlumata görə, hadisə zamanı yanıq xəsarətləri alan şəxsin vəziyyəti olduqca ağırdır.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!