Bakıda sevgilisi qadına səkkiz bıçaq zərbəsi vurub

saytların hazırlanması

Evə çatdırılma

Bakıda sevgilisi qadına səkkiz bıçaq zərbəsi vurub

Kriminal

14 Oktyabr 2022 09:26 941


Bakının Sabunçu rayonunda qadın bıçaqlanıb.

APA xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində qeydə alınıb.

Belə ki, Şamil Kamilov küçəsində 1984-cü il təvəllüdlü Əliyeva Vüsalə Əliqulu qızı sevgilisi ilə mübahisə edib. pizza

Mübahisə zamanı kişi onun bədəninin müxtəlif nahiyələrinə 8 bıçaq zərbəsi vurub.

Yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır qiymətləndirirlər.

Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməkdaşları hadisəni törədən şəxsi saxlayıblar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!