Bakıda sığınacağa hücum edib qadını döydülər -   Foto

saytların hazırlanması

Evə çatdırılma

Bakıda sığınacağa hücum edib qadını döydülər - Foto

Kriminal

12 Yanvar 2021 16:07 1261


"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin (İB) əməkdaşı döyülüb.

Yenisabah.az xəbər verir ki, birliyin əməkdaşı Elnurə Zeynalova "Təmiz Dünya" İB-nin sığınacağında qalan qadınlardan birinin qohumları tərəfindən şiddətə məruz qalıb. 

"Təmiz Dünya" İB-nin rəhbəri Mehriban Zeynalova bildirib ki, orada yaşayan qadının əri Primov Habil Məhəmməd oğlu, qayınanası Primova Saniyyət Məhəd qızı və baldızı Xəyalə sığınacağa gələrək, Elnurə Zeynalovaya ciddi xəsarətlər yetiriblər. pizza hut

Hadisə ilə bağlı dərhal Daxili İşlər Nazirliyinin “102” Qanar Xəttinə müraciət edilib.

Faktla bağlı araşdırma aparılır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!