“Asena” MMC-nin rəhbəri Sevda Nəcəfovanın 21 min manat pulu oğurlanıb.
Yenisabah.az xəbər verir ki, şirkət rəhbəri bu barədə Səbail Rayon Polis idarəsinə ərizə ilə müraciət edib.
Bildirib ki, onun rəhbərlik etdiyi şirkətə məxsus bank kartından bu ilin may-iyun aylarında 21 min manat pul çəkilib. Marqarita pizza
O iddia edib ki, oğurluğu şirkətin işçisi Sumqayıt şəhər sakini Ramin Əliyev edib.
Qeyd edək ki, sözü keçən şirkətin adı bir neçə dəfə müxtəlif dələduzluq əməllərində hallanıb. Bu ilin əvvəlində isə onun 646 669 manat vergi borcunun olduğu məlum olub.
"Asena" şirkəti 2003-cü ildə Sevda Nəcəfova tərəfindən qurulub.
Telegram kanalımız