Artıq bir neçə gündür ki, Oğuz-Qəbələ-Bakı su kəmərində aparılan təmir işləri ilə bağlı suyun verilişində problem yaşanır. Təmir işləri başa çatsa da, lakin bəzi ərazilərdə hələ də su təchizatında yaranan problem tam aradan qaldırılmayıb.
Yenisabah.az xəbər verir ki, hazırda kəmər vasitəsilə ötürülən su Bakı şəhəri və Abşeron yarımadasının mərkəzi su anbarlarına dolmaqdadır.
ADSEA-dan bildirilib ki, xəttə aparılan təmir işləri ərzində mövcud, həmçinin ehtiyat anbarlardan istifadə nəticəsində suyun səviyyəsində ciddi azalma müşahidə olunduğu üçün hazırda həmin anbarların doldurulması prosesi icra edilir. Hazırda bir çox ünvanlara əvvəlki rejimlə suyun verilməsi bərpa edilib. Digər abonentlərə də suyun ötürülməsi mərhələli şəkildə həyata keçirilir. pizza
Xatırladaq ki, iyunun 16-dan etibarən Oğuz-Qəbələ-Bakı su kəmərində baş verən qəza ilə əlaqədar Bakı şəhəri və Abşeron yarımadasının əksər ərazilərinə su təchizatında müvəqqəti fasilə yaranıb.
ADSEA Oğuz-Qəbələ-Bakı su kəmərində işlər yekunlaşdıqdan sonra suyun iyunun 20-dən əvvəlki rejimlə verilməsi bərpa olunacağını bildirib.
Telegram kanalımız