Bakıda taksi evakuatora çırpıldı: Ölən və yaralananlar var

saytların hazırlanması

Evə çatdırılma

Bakıda taksi evakuatora çırpıldı: Ölən və yaralananlar var

Hadisə

13 Dekabr 2023 01:13 838


Bakının Suraxanı rayonunda ağır yol-nəqliyyatı hadisəsi baş verib, bir nəfər ölüb.

Yenisabah.az xəbər verir ki, hadisə Binə dairəsində qeydə alınıb.

Belə ki, taksi kimi fəaliyyət göstərən sürücü idarə etdiyi “Toyota” markalı maşında diqqətsizlikdən sükana nəzarəti itirib. pizza

Nəticədə maşını eyni istiqamətdə hərəkətdə olan evakuatora çırpıb.

Zərbə nəticəsində avtomobildə olan sərnişin 2001-ci il təvəllüdlü Ramilə Ramil qızı Əlizadə  hadisə yerində dünyasını dəyişib.

Sürücü və digər sərnişin ağır bədən xəsarətləri alaraq Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Sərnişin R.Əlizadənin meyiti morqa təhvil verilib.

Faktı Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları araşdırır./APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!