Bakıda tanışını qətlə yetirən şəxs saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Bakıda tanışını qətlə yetirən şəxs saxlanıldı

Kriminal

04 Avqust 2020 09:43 737


Avqustun 3-də saat 18 radələrində Nərimanov rayonu ərazisində 1992-ci il təvəllüdlü Rəşad Sadıqovun bıçaqlanması və aldığı xəsarətlərdən xəstəxanada ölməsi barədə məlumat daxil olub.

Nərimanov rayon prokurorluğundan Yenisabah.az-a verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib. pizza sifarişi

İstintaqla hadisənin zərərçəkmişin tanışı 1992-ci il təvəllüdlü İmaməli Xıdırov tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri həyata keçirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!