Bakıda tarixi hamamdan qanunsuz istifadənin qarşısı alınıb

saytların hazırlanması

Evə çatdırılma

Bakıda tarixi hamamdan qanunsuz istifadənin qarşısı alınıb

Sosial

11 Sentyabr 2025 12:05 248


Bakı şəhərində yerləşən tarix-mədəniyyət abidələrinə keçirilən baxış zamanı Yasamal rayonu, Zərgərpalan küçəsi, 48 ünvanında yerləşən və yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət mühafizəsinə götürülmüş (inventar nömrəsi 3574) hamamın qanunsuz istifadə edildiyi müəyyən olunub.

Yenisabah.az xəbər verir ki, araşdırma zamanı təqdim edilən icarə müqaviləsinin müddətinin bitdiyi aşkar edilib.

Qanunvericiliyə uyğun olaraq, tarix və mədəniyyət abidələrinin elmi, mədəni, dini, xidməti və turizm məqsədləri üçün istifadəsi, onların icarəyə verilməsi və yerli əhəmiyyətli memarlıq abidələrinin özəlləşdirilməsi Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin razılığı ilə həyata keçirilməlidir. Sözügedən qeyri-yaşayış sahəsinin istifadəsi, o cümlədən icarəyə verilməsi aidiyyəti üzrə razılaşdırılmadan aparıldığı müəyyən edilib. Dominos pizza

Aşkar edilib ki, sözügedən qeyri-yaşayış sahəsi ilə bağlı 01.01.2021-ci il tarixli, 8379/505 nömrəli icarə müqaviləsi mövcud olsa da, Bakı Kommersiya Məhkəməsinin qətnaməsinə əsasən, müqaviləyə 07.06.2023-cü il tarixindən xitam verilib. Buna baxmayaraq, abidədən qanunsuz istifadə halları davam etdirilib.

Dövlət Xidməti tərəfindən görülən tədbirlər nəticəsində abidədən qanunsuz istifadənin qarşısı alınıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!