Bakıda taxta bazarında baş verən yanğın söndürüldü

saytların hazırlanması

Evə çatdırılma

Bakıda taxta bazarında baş verən yanğın söndürüldü

Hadisə

20 Aprel 2024 19:49 744


Bakı şəhərinin Nərimanov rayonunda “Taxta bazarı” adlanan ərazidə baş verən yanğın söndürülüb.

Yenisabah.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, nazirliyinin qüvvələri tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhərinin Nərimanov rayonunda “Taxta bazarı” adlanan ərazidə baş verən yanğın ətraf ərazilərə yayılmasına imkan verilmədən söndürülüb.  pizza sifarişi

Yanğın nəticəsində, ilkin hesablamaya əsasən, 1 000 kvadratmetr sahəsi olan obyektin təqribən 500 kvadratmetr hissəsi yanıb. Obyektin qalan hissəsi, digər obyektlər, kommunikasiya xətləri, o cümlədən yüksək gərginlikli hava elektrik xətləri yanğından mühafizə olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!