Bakıda təcili yardım avtomobili qəzaya uğradı   - Xəsarət alanlar var

saytların hazırlanması

Evə çatdırılma

Bakıda təcili yardım avtomobili qəzaya uğradı - Xəsarət alanlar var

Hadisə

02 Mart 2025 15:34 316


Təcili tibbi yardım avtomobilinin qəzaya uğramasının təfərrüatları məlum olub.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.

Məlumata əsasən, 02.03.2025-ci il tarixində saat 12:05-də Nizami rayonu, Rüstəm Rüstəmov küçəsində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində Sabunçu Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 3-cü bölməsinin ambulansı minik avtomobili ilə toqquşub. pizza hut

"Minik avtomobilində olan 2 nəfər yüngül xəsarət alıb və hospitalizasiyadan imtina ediblər. Yüngül xəsarət alan ambulansın sürücüsünə yerində yardım olunub.

Həkim və tibb bacısı qapalı kəllə-beyin travması şübhəsi ilə Sabunçu Tibb Mərkəzinə hospitaluzasiya olunublar, ilkin müayinələrdən sonra vəziyyətləri qənaətbəxş olduğu üçün ambulator müalicəyə buraxılıblar.

Qəza zamanı təxliyə olunan, qəzadan öncə də vəziyyəti kritik ağır qiymətləndirilən 65 yaşlı xəstə (kişi cinsli) Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub. Müxtəlif yanaşı xəstəlikləri olan şəxs tibb mərkəzinin Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda vəziyyəti ağır qiymətləndirilir", - məlumatda deyilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!