Bakıda ticarət mərkəzinin 220 kv.m sahəsi yanıb

saytların hazırlanması

Evə çatdırılma

Bakıda ticarət mərkəzinin 220 kv.m sahəsi yanıb

Hadisə

24 Noyabr 2023 01:18 1112


Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsində yerləşən üçmərtəbəli ticarət obyektində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yenisabah.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat Xidməti məlumat yayıb.

Qeyd olunub ki, yanğın nəticəsində ümumi sahəsi 880 kvadratmetr olan mansard tipli üç mərtəbə və zirzəmidən ibarət ticarət mərkəzinin taxta konstruksiya və ondulin dam örtüyündən ibarət mansardı 220 kvadratmetr sahədə yanıb. Sezar pizza

Ticarət mərkəzinin böyük hissəsi yanğından mühafizə edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!