Bakıda tıxac ola bilər   - Sürücülərə xəbərdarlıq

saytların hazırlanması

Evə çatdırılma

Bakıda tıxac ola bilər - Sürücülərə xəbərdarlıq

Sosial

05 Noyabr 2019 18:25 1485


Noyabrın 10-dan Səbail rayonu Abbasqulu Abbaszadə küçəsində aparılan yenidənqurma işləri çərçivəsində kommunikasiya xətlərinin yenilənməsi işlərinə başlanılır.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən  "Yeni Sabah"a verilən məlumata görə, kommunikasiya xətlərini yenilənməsi aidiyyəti qurumlar tərəfindən sözügedən küçənin Badamdar şossesi ilə kəsişməsindən Bakı Oxford Məktəbinə qədər olan hissəsində aparılacaq.

Kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan qurumlardan AAYDA-nə verilən məlumata görə, işlərin qısa müddətə yekunlaşdırılması nəzərdə tutulur. Marqarita pizza

İşlərin aparıldığı müddət ərzində Abbasqulu Abbaszadə küçəsində sıxlıq və tıxacın yaranmasının qarşısını almaq üçün sürücülərə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!