Bakıda tozlu hava şəraiti bu tarixədək davam edəcək

saytların hazırlanması

Evə çatdırılma

Bakıda tozlu hava şəraiti bu tarixədək davam edəcək

Sosial

09 Mart 2020 16:09 580


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssislərinin Bakı və Abşeron yarımadasının atmosfer havasında apardıqları monitorinqlərinin nəticələrinə görə havada toz-duman müşahidə edilir.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən "Yeni Sabah"a verilən məlumata görə, tozun miqdarı sanitar normadan 3-4 dəfə çoxdur.

Tozlu hava şəraitinin mart ayının 11-i gündüz saatlarına kimi müşahidə olunacağı gözlənilir. pizza hut

Mütəxəssislərin rəyinə görə, Abşeron yarımadasında toz-dumana səbəb, arabir güclənən cənub şərq küləyi nəticəsində tozun atmosferin yuxarı qatına qalxması və nisbi rütubətin yüksək olmasıdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!