Bakıda üç yaşlı qızı oğurlamaqda təqsirləndirilən qadına hökm oxundu

saytların hazırlanması

Evə çatdırılma

Bakıda üç yaşlı qızı oğurlamaqda təqsirləndirilən qadına hökm oxundu

Kriminal

24 Sentyabr 2020 13:30 827


Bakı Ağır Cinayətlər Məhkəməsində üç yaşlı Zəhra Bağırovanı oğurlamaqda təqsirləndirilən Tərgül Nəzərovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Yenisabah.az xəbər verir ki, hakim Novruz Kərimovun sədrlik etdiyi iclasda hökm oxunub.

Hökmə əsasən, T.Nəzərova beş il müddətinə azadlıqdan məhrum edilib. Marqarita pizza

Xatırladaq ki, hadisə ötən ilin iyun ayında baş verib. Üç yaşlı Zəhra Bağırzadə Sabunçu rayonunda itkin düşüb. Hadisə günü valideynləri Zəhranı evin böyük övladının yanında qoyaraq işə gediblər. Azyaşlı nəzarətsiz qalaraq evdən çıxıb və itkin düşüb. Onun valideynləri bu barədə polisə məlumat veriblər. İki gün sonra azyaşlı paytaxtın Nizami rayonu ərazisində tapılıb. Uşaq tapılan zaman onu oğurlamaqda şübhəli bilinən Masallı rayon sakini, 1980-ci il təvəllüdlü Nəzərova Tərgül Şükür qızı da saxlanılıb.

T.Nəzərovaya Cinayət Məcəlləsinin 144.3-cü ( adam oğurluğu yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə ittiham verilib. /Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!