Bakıda uşaq bağçası yandı   - Foto

saytların hazırlanması

Evə çatdırılma

Bakıda uşaq bağçası yandı - Foto

Sosial

25 Avqust 2019 13:06 1178


Bakının Suraxanı rayonunda yanğın hadisəsi olub.

“Yeni Sabah” “Oxu.Az”a istinadən xəbər verir ki, yanğın Qaraçuxur qəsəbəsindəki “Tumurcuq” uşaq bağçasının həyətində baş verib.

Belə ki, bağçanın həyətindəki ağaclardan bəziləri alışıb. Marqarita pizza

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunublar.

Onların səyi nəticəsində yanğını nəzarət altına almaq və lokallaşdırmaq mümkün olub.

Hadisə nəticəsində bağçanın binası və ətrafda olan obyektlər zərər görməyib.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!