Bakının Binəqədi rayonunda küçədən qumbara tapılıb.
“Yeni Sabah” xəbər verir ki, 158 nömrəli bağçanın yaxınlığında RQD-5 əl qumbarası aşkar edən sakinlər bu haqda FHN-ə məlumat veriblər. Qurumun Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları dərhal əraziyə ezam olunub.
Qumbara zərərsizləşdirilərək əməkdaşlar tərəfindən götürülüb. Toyuqlu pizza
Telegram kanalımız