Bakıda uşaqlar qaçırılır? -   DİN-dən açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Bakıda uşaqlar qaçırılır? - DİN-dən açıqlama

Sosial

30 Aprel 2025 09:46 268


"WhatsApp" qruplarında valideynlər arasında şagirdlərin məktəblərdən qaçırılmasına dair iddialar yayılıb.

Yenisabah.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov "Unikal"ın sorğusuna cavab olaraq bildirib ki, uşaq oğurluğu ilə bağlı sosial şəbəkələrdə yayılan iddialar əsassızdır:

"Həqiqəti əks etdirmir. Uşaq oğurluğu ilə bağlı polis orqanlarına hər hansısa məlumat daxil olmayıb. İddialar araşdırılıb, qeyd olunan ünvanlar üzrə bu halın baş verməsi təsdiqini tapmayıb. Tövsiyə edirik ki, vətəndaşlar bu və ya digər əsası olmayan faktsız iddiaları paylaşmasınlar", - deyə açıqlamada qeyd olunub. pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!