Bakıda vəzifəli şəxslərə cinayət işi açıldı 

saytların hazırlanması

Evə çatdırılma

Bakıda vəzifəli şəxslərə cinayət işi açıldı 

Maraqlı

06 Mart 2023 11:34 892


Xaricdə təhsil və iş vizalarının təşkili adı ilə əmlak ələ keçirməkdə təqsirləndirilən şəxslər məhkəməyə verilib. 

Bu barədə Yenisabah.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. 

Belə ki, “RT Ravel” və “R.T.Group Akademiya” MMC və “Kale Dershanesi” və “Vish Travel” MMC-nin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin ibtidai istintaqı yekunlaşıb.  Marqarita pizza

İstintaq zamanı “RT Ravel” MMC və “R.T.Group Akademiya” MMC-nin təsisçisi və direktoru Rasim Məmmədovun, “Kale Dershanesi” və “Vish Travel” MMC-nin təsisçisi və direktoru Xəyal Yusubovla birgə sahibkarlıq fəaliyyətini həyata keçirmək niyyəti olmadan xaricdə təhsil və iş vizalarının təşkili adı altında müxtəlif şəxslərə məxsus ümumilikdə 164 min manatdan artıq pul vəsaitini ələ keçirməsi və vəzifə saxtakarlığı törətməsinə əsaslı şübhələr müəyyən edilib. 

Rasim Məmmədov və Xəyal Yusubov Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq), 193.1 (yalançı sahibkarlıq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə yekun ittiham elan edilib. 

Cinayət işi baxılması üçün aidiyyətı üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!