Bakıda “Vinçester”lə atəş açan şəxs saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Bakıda “Vinçester”lə atəş açan şəxs saxlanıldı

Kriminal

05 İyun 2020 13:25 822


Bakının Səbail rayonu ərazisində odlu silahdan havaya atəş açmaqla xuliqanlıq törədilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Yenisabah.az-a verilən məlumata görə, hadisə iyunun 3-də saat 1 radələrində baş verib.

Daxil olmuş məlumatla əlaqədar Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin əməkdaşları birgə əməliyayt keçiriblər. Marqarita pizza

Əməliyyat tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən paytaxt sakini R.Salayev saxlanılıb.

Ondan müvafiq sənədləri olan “Vinçester” markalı ov tüfəngi götürülüb. 

Faktla əlaqədar Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!