Bakıda xəyanətə uğramış ər arvadının sevgilisinin başına oyun açdı

saytların hazırlanması

Evə çatdırılma

Bakıda xəyanətə uğramış ər arvadının sevgilisinin başına oyun açdı

Hadisə

12 Dekabr 2019 15:23 1985


Bakının ən kriminal rayonu olan Binəqədidə kişi arvadının sevgilisini qəddarcasına cəzalandırıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə oxu.az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Hadisə dekabrın 10-da, saat 21:00 radələrində Binəqədi qəsəbəsində baş verib. Marqarita pizza

Sabirabad rayonunun 24 yaşlı sakini E.Z. (aydın səbəblərdən adını çəkmirik) tanışıgilə qonaq gedir. Lakin sevgililərin romantik görüşü qadının 56 yaşlı ərinin qəfil gəlişi ilə yarımçıq qalıb.

Qadının sevgilisi gizlənməyə imkan tapmır. Ev sahibi onu tutaraq, ona qarşı cinsi xarakterli hərəkət etdikdən sonra buraxıb. Alçalmış, ancaq sağ qalan E.Z. 43-cü Polis Bölməsinə müraciət edib.

Ancaq aldadılmış ərin ona xəyanət və cəza məsələlərinə belə qeyri-standart yanaşması hüquq-mühafizə orqanlarının əməkdaşlarını çaşqınlığa salıb. Sonuncular hələ də aldadılmış ərin hərəkətlərini necə qeydiyyatdan keçirəcəyini düşünürlər.

Qeyd edək ki, Cinayət Məcəlləsinin 150-ci (Seksual xarakterli zorakılıq hərəkətləri) maddəsi ilə üç ildən beş ilədək həbs cəzası nəzərdə tutulur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!