Bakıda yanğın: Yuxuya gedən yeniyetmə ölümdən son anda qurtuldu

saytların hazırlanması

Evə çatdırılma

Bakıda yanğın: Yuxuya gedən yeniyetmə ölümdən son anda qurtuldu

Hadisə

24 Fevral 2025 19:13 222


Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsi, "Qobu Park-2" yaşayış massivində baş vermiş yanğın zamanı 3-ü azyaşlı olmaqla 7 nəfər bina sakini təxliyə edilib.

Yenisabah.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Qeyd olunu ki, FHN-in "112" qaynar telefon xəttinə "Qobu Park" yaşayış kompleksində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub. pizza

Bildirilib ki, əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində onmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində baş vermiş yanğın genişlənməsinə, o cümlədən qonşu mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Təhlükəsizlik tədbirləri çərçivəsində 3-ü azyaşlı olmaqla 7 nəfər bina sakini təxliyə edilib.

Yanğın nəticəsində ümumi sahəsi 55 kv.m. olan üçotaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları və əşyalar 8 kv.m. sahədə yanıb.

Mənzilin böyük hissəsi və qonşu mənzillər yanğından mühafizə olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!