Bakıda yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib

saytların hazırlanması

Evə çatdırılma

Bakıda yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib

Hadisə

08 Fevral 2024 08:48 434


Bakı şəhərinin Nəsimi rayonunda doqquzmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsinin pilləkən qəfəsində bir qaz sayğacı və bir kvadratmetr sahədə yığılan məişət tullantıları yanıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən “Yeni Sabah”a bildirilib ki, yanğın zamanı yanğınsöndürənlər tərəfindən 10 nəfər bina sakini tüstülənmiş sahədən təxliyə olunub, 1 nəfər tüstüdən zəhərlənmiş halda xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib. Mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Pepperoni pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!