Bakıda binanın damında köməksiz qalan vətəndaş xilas edildi - Video

saytların hazırlanması

Evə çatdırılma

Bakıda binanın damında köməksiz qalan vətəndaş xilas edildi - Video

Hadisə

23 İyun 2024 15:54 587


Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonu, Qaçaq Nəbi küçəsində vətəndaşın köməyə ehtiyacı olması barədə məlumat daxil olub.

Nazirlikdən Yenisabah.az-a verilən məlumata görə, məlumatla əlaqədar dərhal FHN-in Bakı Regional Mərkəzinin xilasediciləri çağırış ünvanına cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1961-ci il təvəllüdlü Məmmədov Nizam Cəlil oğlu ayağının sınması səbəbindən doqquzmərtəbəli yaşayış binasının damında köməksiz vəziyyətdə qalıb. Dördpendirli pizza

Xilasedicilər köməksiz vəziyyətdə qalmış vətəndaşı xüsusi vasitələrin köməyi ilə damdan düşürərək təcili tibbi yardım briqadasına təhvil veriblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!