Bakıda yaşayış binasının həyətində yanğın baş verdi

saytların hazırlanması

Evə çatdırılma

Bakıda yaşayış binasının həyətində yanğın baş verdi

Hadisə

26 May 2021 01:01 878


Bakı şəhəri, Nəsimi rayonu, Möhsün Sənani küçəsində (S.Vurğun küçəsi ilə kəsişməyə yaxın ərazi) beşmərtəbəli yaşayış binasının həyətində yanğın baş verib.

Yenisabah.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi əraziyə cəlb olunub. Pepperoni pizza

İlkin məlumata görə, sahəsi təqribən 20 m² olan taxta konstruksiyalardan ibarət tikili yanıb. Yanğın bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğının yayılmasının qarşısı alınıb, yanğın qısa müddətdə məhdudlaşdırılaraq tam söndürülüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!