Bakıda yeni metro açılır

saytların hazırlanması

Evə çatdırılma

Bakıda yeni metro açılır

Sosial

15 Dekabr 2019 07:57 2875


"Bənövşəyi xətt"in sayca üçüncü stansiyası, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, "Papanin" kimi tanınan ərazidə yerləşən stansiya 2020-ci ildə açılacaq.

“Yeni Sabah” xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

B.Məmmədov qeyd edib ki, artıq stansiyada tikinti işləri yekunlaşıb və bəzi texniki məsələlər həyata keçirilir. Pepperoni pizza

Şərti olaraq B-3 adlandırılan stansiyanın adına gəldikdə, qurum rəsmisi bununla bağlı qərarın Nazirlər Kabineti yanında Adqoyma Komissiyası tərəfindən veriləcəyini bildirib:

"Tərəfimizdən B-3 stansiyasının adı ilə bağlı hər hansı müzakirə aparılmayıb  və təklif verilməyib. Əgər Nazirlər Kabineti tərəfindən adla bağlı bizə müraciət daxil olarsa, müzakirə edilə bilər. Hələlik belə müraciət yoxdur".

Modern.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!