Bakıda yeni müntəzəm marşrut xətti təşkil edildi

saytların hazırlanması

Evə çatdırılma

Bakıda yeni müntəzəm marşrut xətti təşkil edildi

İqtisadiyyat

26 Yanvar 2021 17:57 1436


Paytaxtın ictimai nəqliyyatında göstərilən xidmətlərin həm təhlükəsizlik, həm də keyfiyyət nöqteyi-nəzərindən qabaqcıl dünya standartlarına çatdırılması istiqamətində işlər davam etdirilir. 

Bakı Nəqliyyat Agentliyindən Yenisabah.az-a verilən məlumata görə, xüsusilə şəhərətrafı ərazilərdə məksunlaşma nəzərə alınaraq sakinlərin marşrut tələbatının ödənilməsi məqsədilə Qaradağ rayonu ərazisində yerləşən “Puta” hərbi şəhərciyinin hərbçi sakinlərinin nəqliyyat xidmətdindən daha rahat istifadəsi üçün 127 nömrəli yeni müntəzəm marşrut xətti təşkil edilib. Müntəzəm xəttin istismarı “BakuBus” MMC tərəfindən həyata keçiriləcək. Bununla da “Puta” hərbi şəhərciyinin şəhər mərkəzi ilə birbaşa marşrut xətti ilə əlaqələndirilməsi təmin olununacaq.

Marşrut xətti üzrə gediş haqqının ödənişi nağdsız qaydada “BakıKart” vasitəsilə həyata keçiriləcək. Marşrut xətti 27.01.2021-ci il tarixdən fəaliyyətə başlayacaq".  pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!