Bakıda yeni söküntü başladı -   Kompensasiya bu qədər veriləcək

saytların hazırlanması

Evə çatdırılma

Bakıda yeni söküntü başladı - Kompensasiya bu qədər veriləcək

Sosial

26 İyun 2025 18:41 4857


Paytaxtın Binəqədi, Sabunçu və Suraxanı rayonlarında istismar müddəti başa çatmış binaların sökülməsi ilə bağlı növbəti mərhələyə start verilib.

Yenisabah.az xəbər verir ki, söküntü işlərinin nəzərdə tutulduğu təqribi ünvanlara, Binəqədi rayonunda Ağa Nemətulla küçəsi, ev 13 və Dəmiryol küçəsi, ev 19, bundan başqa, Suraxanı rayonunda yerləşən Xanlar Ələkbərov küçəsi, ev 87, Sabunçu rayonu üzrə isə M.Frunze küçəsi, ev 16, 6-cı Mədən küçəsi, ev 38, Məmmədəliyev küçəsi, ev 32 və Babək küçəsi, ev 23 aiddir.

Görülən işlərlə bağlı sakinlərdən məlumat almaq üçün ünvanlardan birinə üz tutduq. Sabunçu rayon Babək küçəsi, ev 23 ünvanında yaşayan sakinlərin sözlərinə görə, ərazidən artıq 20-dən çox ailə də köçürülüb, kompensasiya da bəllidir, amma sakinləri qane etməyən məqamlar var. pizza mizza

Bunlardan biri artırmaların hesablanmamasıdır.

Tikinti ekspertlərinin sözlərinə görə isə, söküntü işləri Baş Plana əsasən reallaşdırılır. Söküləcək bəzi binaların yerində isə park, yeni yaşıllıq zonalarının salınması nəzərdə tutulur. Qəzalı bina sakinlərinə ödəniləcək kompensasiyanın məbləğinə gəlincə, ekspert qeyd edib ki, əlavə artırmalar da nəzərə alınır.

Kompensasiya zamanı dövlət ehtiyacları üçün alınma varsa, 20 faiz əlavə hissə və yaxud məbləğin ödənilməsi ilə bağlı qərar tələb şəklində qoyulub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!