Bakıda yeni zavod istifadəyə veriləcək

saytların hazırlanması

Evə çatdırılma

Bakıda yeni zavod istifadəyə veriləcək

İqtisadiyyat

04 Mart 2021 16:35 1175


Ölkəmizdəki əlverişli biznes və investisiya mühiti digər sənaye sahələri ilə yanaşı, tikinti sənayesinin inkişafı üçün də geniş imkanlar yaradır, yeni istehsal müəssisələri açılır. Əvvəllər xaricdən idxal edilən bir çox tikinti materialları indi yerli müəssisələrdə istehsal olunur, ixrac potensialı artırılır.

İqtisadiyyat Nazirliyindən Yenisabah.az-a verilən məlumata görə, belə müəssisələrdən biri də Qaradağ rayonunda yaradılan gips əsaslı məmulatlar zavodudur. Hazırda zavodda son tamamlama işləri aparılır.

İldə 8 mln. kv.metr gips məmulatlar (alçipan) istehsal etmək gücündə olan zavodda 100 iş yeri açılacaq. Sezar pizza

Ümumi investisiya dəyəri 23 mln. manat olan layihəyə İqtisadiyyat Nazirliyi tərəfindən investisiya təşviqi sənədi verilib.

Zavodun yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!