Bakıda yol qaydalarını pozan sürücüdə narkotik vasitə aşkarlandı - Foto

saytların hazırlanması

Evə çatdırılma

Bakıda yol qaydalarını pozan sürücüdə narkotik vasitə aşkarlandı - Foto

Hadisə

14 Oktyabr 2023 20:18 577


Sosial şəbəkələrdə paytaxt ərazisində "Toyota Prius" markalı avtomobilin sürücüsünün qeyri-adekvat hərəkətlər etməsini özündə əks etdirən görüntülər yayılıb.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov bildirib ki, görüntülər əsasında Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə həmin sürücü paytaxt sakini, əvvəllər məhkum olunmuş 1965-ci il təvəllüdlü İlham Qafarov müəyyən edilərək saxlanılıb.

Onun üzərindən narkotik vasitə heroin aşkar edilib. pizza mizza

Araşdırmalarla İ.Qafarovun narkotik vasitə aludəçisi olduğu və icarəyə götürdüyü avtomobillə Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olduğu müəyyən edilib.

Hazırda Nəsimi RPİ-nin İstintaq Şöbəsində araşdırma aparılır.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!