Bakıda yol qəzaları oldu, bu küçə və prospektlərdə sıxlıq yarandı   - SİYAHI

saytların hazırlanması

Evə çatdırılma

Bakıda yol qəzaları oldu, bu küçə və prospektlərdə sıxlıq yarandı - SİYAHI

Hadisə

25 Fevral 2025 00:29 366


Hal-hazırda Bakının bəzi küçə və prospektlərində yolların sürüşkən olması səbəbindən qəzalar baş verib və nəqliyyat sıxlığı yaranıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Qeyd olunub ki, yaranan sıxlığın aradan qaldırılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür. pizza mizza

1. Sabunçu rayonu, Aeroport şosesi, Hava limanı istiqamətində yol-nəqliyyat hadisəsi baş verib, sıxlıq yaranıb;

2. Nizami rayonu. Mikayıl Əliyev küçəsi, "Milli Gimnastika Arenası"nın yaxınlığı, “Koroğlu” m/st istiqamətində yol-nəqliyyat hadisəsi baş verib, sıxlıq yaranıb;

3. Nərimanov rayonu, Heydər Əliyev prospekti, köməkçi yol, "Bağırov” körpüsü, mərkəz istiqamətində, sıxlıq yaranıb;

4. Nərimanov rayonu, Ziya Bünyadov prospekti, Qara Qarayev prospekti istiqamətində sıxlıq yaranıb;

5. Yasamal rayonu, Tbilisi prospekti, körpü, “20 Yanvar” dairəsi, mərkəz istiqamətində sıxlıq yaranıb;

6. Nərimanov rayonu, Ziya Bünyadov prospekti, "Çermet" körpüsü, hər iki istiqamətdə sıxlıq yaranıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!