Bakıda yol çökdü - Foto

saytların hazırlanması

Evə çatdırılma

Bakıda yol çökdü - Foto

Sosial

03 Sentyabr 2019 12:48 1006


Bakı şəhərində avtomobil yolunda çökmə baş verib.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Bildirilib ki, Binəqədi rayonu, Biləcəri qəsəbəsi Natavan küçəsində  (Biləcəri əyləncə parkının yaxınlığı) yolun altından keçən və “Azərsu” ASC-nə məxsus kanalizasiya kollektorunda qəza baş verib və nəticədə yolun həmin hissəsində asfalt-beton örtükdə dağılmalar və çökmə qeydə alınıb. Baş vermiş qəzanın aradan qaldırılması üçün sözügedən qurumun əməkdaşları tərəfindən ərazidə qazıntı-bərpa işləri aparılır. pizza hut

Sürücülərdən qeyd olunan ünvanda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!