Bakıda Zəfər paradı keçirilir -   CANLI YAYIM

saytların hazırlanması

Evə çatdırılma

Bakıda Zəfər paradı keçirilir - CANLI YAYIM

Hadisə

10 Dekabr 2020 13:15 2746


Bakının Azadlıq meydanında Vətən müharibəsində qələbəyə həsr olunan Zəfər paradı keçirilir.

Yenisabah.az xəbər verir ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan paradda iştirak edir.

Paradda 3 000 nəfərdən çox şəxsi heyət, 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilən müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş olunur. Marqarita pizza

Türkiyə Silahlı Qüvvələrinin hərbçiləri paradda keçid edəcək.

Paradda həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirilən hərbi qənimətlərin bir qismi də nümayiş olunacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!