Bakıdakı avrokubok oyunlarının vaxtı ilə bağlı yekun qərar verildi

saytların hazırlanması

Evə çatdırılma

Bakıdakı avrokubok oyunlarının vaxtı ilə bağlı yekun qərar verildi

İdman

04 Avqust 2023 23:54 1958


Azərbaycan klubları avrokuboklardakı növbəti ev oyunlarını eyni gündə - avqustun 10-da keçirəcəklər.

Oxu.Az xəbər verir ki, UEFA AFFA-nın matçlardan ən azı birinin vaxtının və ya yerini dəyişdirilməsi ilə bağlı müraciətini müsbət cavablamayıb.

Bu, Azərbaycana səfər edəcək klubların artıq planlarını qurması ilə əlaqələndirilib. Pepperoni pizza

Beləliklə, avqustun 10-da “Qarabağ” Avropa Liqasının III təsnifat mərhələsində Finlandiya HİK-ini, “Neftçi” Konfrans Liqasının III təsnifat mərhələsində Türkiyə “Beşiktaş”ını, “Sabah” isə eyni turnirin eyni raundunda Serbiya “Partizan”ını qəbul edəcək. “Atlılar” Tofiq Bəhramov adına Respublika Stadionunda, “neftçilər” “Neftçi Arena”da, “futuristlər” isə “Bank Respublika Arena”da oynayacaqlar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!