Bakıdakı avtobuslarda daha bir yenilik - Foto

saytların hazırlanması

Evə çatdırılma

Bakıdakı avtobuslarda daha bir yenilik - Foto

Sosial

09 Fevral 2020 09:46 1153


İctimai Nəqliyyatda daha bir yeniliyin tətbiqinə başlanılıb.

Bakı Nəqliyyat Agentliyindən (BNA) "Yeni Sabah"a verilən məlumata görə, artıq Mərkəzi Dispetçer Xidmətindən avtobus sürücülərinə zəruri məlumatlar ötürülür.

Sürücülər onlara Mərkəz tərəfindən ötürülən yazılı və ya səsli məlumatları avtobuslardakı "sürücü ekranı" cihazları vasitəsilə əldə edir. pizza mizza

İlk belə məlumatlandırma bu gün həyata keçirilib. Hava şəraiti ilə bağlı sürücülərə yol hərəkətinin təhlükəsizliyi baxımından vacib olan təlimat xarakterli mesajlar göndərilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!