Bakıdakı bu tunel yenə gündəm oldu - Video

saytların hazırlanması

Evə çatdırılma

Bakıdakı bu tunel yenə gündəm oldu - Video

Sosial

01 Noyabr 2019 11:34 1245


Sentyabrın əvvəlində yağışdan sonra dolması ilə gündəmə Bakının Sabunçu rayonundakı gələn tunel yenə pis vəziyyətə düşüb.

“Yeni Sabah” xəbər verir ki, sosial şəbəkələrdə yayılan videolarda görünür ki, gecə yağan yağışlar nəticəsində yenə tuneldə təxminən 1 metr dərinliyində gölməçə yaranıb. Nisbətən hündür maşınlar sudan keçə bilsə də, digər avtomobillərin hərəkətinə məhdudiyyət yaranıb. Ərazidə isə rəsmi şəxslər və ya suyun çəkilməsi üçün tədbir görən işçilər yoxdur.

XAtırladaq ki, Azərbaycan Dəmir Yollarına aid tunel dəmir yolu xəttinin altında tikilib və tikinti işlərini “Körpü-Bina-Tikinti” şirkəti həyata keçirib. Həmin zaman güclü yağışlar nəticəsində tuneldə iki maşın tamamilə sular altında qalmışdı. İki ay öncəki hadisədə rəsmilər suyun çəkiləcəyini və problemin aradan qaldırılacağını bildirmişdilər.  pizza sifarişi

Sizə həmin görüntüləri təqdim edirik:

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!