Bakıdakı dünya çempionatının tarixi açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Bakıdakı dünya çempionatının tarixi açıqlandı

İdman

16 İyun 2020 10:28 1088


Təxirə salınmış aerobika gimnastikası üzrə dünya çempionatı və dünya yaş qrupları yarışlarının yeni tarixləri açıqlanıb.

Yenisabah.az xəbər verir ki, COVID-19 pandemiyası səbəbi ilə 2021-ci ilə keçirilmiş yarışların yeni tarixləri ilə bağlı qərar Beynəlxalq Gimnastika Federasiyasının (FIG) bu gün video-konfrans formatında keçirilmiş iclasında qəbul edilib.

Beləliklə, aerobika gimnastikası üzrə 9-cu dünya yaş qrupları yarışlarının növbəti ilin 21-23 may, 16-cı dünya çempionatının isə 27-29 may tarixlərində keçirilməsi planlaşdırılır. pizza sifarişi

Xatırladaq ki, dünya yaş qrupları yarışları cari ilin 8-10 may, dünya çempionatı 14-16 may tarixlərində Milli Gimnastika Arenasında təşkil edilməli idi. Lakin pandemiya ilə əlaqədar digər yarışlar kimi, bu yarışlar da təxirə salınmışdı.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!