Bakıdakı ermənilər hər gün qohumları ilə danışır 

saytların hazırlanması

Evə çatdırılma

Bakıdakı ermənilər hər gün qohumları ilə danışır 

Maraqlı

09 Fevral 2024 14:24 1762


Azərbaycan Ordusunun Qarabağda apardığı antiterror tədbirlərindən (19-20 sentyabr 2023-cü il) sonra saxlanılan ermənilərlə qohumları arasında 660 şifahi, video, yazılı mesaj və telefon danışığı aparılıb. 

Yenisabah.az xəbər verir ki, bu barədə məlumatı Beynəlxalq Qızıl Xaç Komitəsi özünün X mikrobloqunda açıqlayıb. 

Xatırladaq ki, komitə sonuncu dəfə bu il fevralın 5-də qondarma “artsaxın keçmiş rəhbərləri” də daxil olmaqla  Bakıda saxlanılan ermənilərə baş çəkib. Dördpendirli pizza

“Biz mütəmadi olaraq saxlanılan şəxslərə baş çəkir və onların ailələri ilə əlaqə saxlamalarına köməklik edirik”, - məlumatda deyilir. 

Bakıda saxlanılan ermənilərlə qohumları arasında 660 şifahi, video, yazılı mesaj və telefon danışığının olması o deməkdir ki, həmin şəxslər hər gün yaxınları ilə əlaqə saxlayırlar. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!