Bakıdakı güclü yanğın məhdudlaşdırıldı

saytların hazırlanması

Evə çatdırılma

Bakıdakı güclü yanğın məhdudlaşdırıldı

Hadisə

09 İyun 2024 18:38 560


Bakının Səbail rayonunda dənizə yaxın açıq ərazidə yanğın məhdudlaşdırılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Məlumata görə, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələrinin çevik müdaxiləsi sayəsində Bakı şəhərinin Səbail rayonunda dənizə yaxın açıq ərazidə baş vermiş yanğın ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb. pizza mizza

Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!