Bakıdakı güləş yarışının açılış mərasiminin proqramı açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Bakıdakı güləş yarışının açılış mərasiminin proqramı açıqlandı

İdman

04 Aprel 2024 18:26 917


Aprelin 5-7-də Milli Gimnastika Arenasında keçiriləcək Avropa Olimpiya Təsnifat turnirinin açılış mərasiminin proqramı müəyyənləşib.

Yenisabah.az xəbər verir ki, Azərbaycan Güləş Federasiyasının Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, açılış mərasimi sabah saat 17:30-da başlayacaq. pizza mizza

Tədbirin rəsmi hissəsində Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti, Dünya Güləş Birliyinin (UWW) büro üzvü Namiq Əliyev və UWW-nin vitse-prezidenti Teodoros Hamakos çıxış edəcəklər.

Açılış mərasiminin bədii hissəsində isə “Talant şou” rəqs qrupunun çıxışı olacaq.

Xatırladaq ki, bu yarışda hər çəkidə iki güləşçi Paris-2024 Yay Olimpiya Oyunlarına vəsiqə qazanacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!