Bakı Şəhər İcra Hakimiyyəti paytaxt sakinləri və şəhərimizin qonaqlarına müraciət edərək bildirir ki, bu gün avqust ayının 11-dən başlayaraq havanın kəskin şəkildə dəyişməsi, Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyinin əsəcəyi, bəzi yerlərdə qısamüddətli yağış yağacaqı gözlənilir.
İH-dən “Yeni Sabah”a daxil olan xəbərə görə, bununla əlaqədar vətəndaşlar ehtiyatlı olmağa, nəqliyyat vasitələrini ağacların altında saxlamamağa, mənzillərdə pəncərələri bağlamağa və digər təhlükəsizlik tədbirlərinə riayət etməyə çağırılır.
Paytaxt Bakı şəhəri üzrə bütün kommunal və texniki xidmətlər gücləndirilmiş iş rejimində çalışacaqlar. pizza sifarişi
Telegram kanalımız