Bakıdakı məşhur hoteldə Azərbaycan bayrağına hörmətsizlik -   Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Bakıdakı məşhur hoteldə Azərbaycan bayrağına hörmətsizlik - Fotolar

Hadisə

09 Mart 2021 10:43 1205


Bakıda dövlət atributumuz olan Azərbaycan bayrağına hörmətsizlik edilib.

Yenisabah.az xəbər verir ki, hadisə Nərimanov rayonu Məmməd Araz 76 küçəsində yerləşən “RAMADA” hotelin qarşısında baş verib.

Görüntülərdən aydın olur ki, asılan bayraq cırıq-cırıq olub və baxımsız vəziyyətdədir. pizza

Hotel rəhbərliyi və işçiləri dövlət atributuna tam məsuliyyətsiz yanaşıb və bayrağın bu şəkildə asılması vətəndaşların narazılığa səbəb olub.

Qeyd edək ki, "Dövlət Bayrağı haqqında" Azərbaycan Respublikasının Qanununda bayraqla davranış qaydaları müəyyən olunub.

Qanunda qeyd olunub ki, Azərbaycan Respublikasının vətəndaşları, habelə Azərbaycan Respublikasının ərazisində olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının Dövlət bayrağına hörmətlə yanaşmalıdırlar.

Adıçəkilən hotelin mövqeyini işıqlandrmağa hazırıq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!