Bakıdakı partlayışda xəsarət alanların vəziyyəti açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Bakıdakı partlayışda xəsarət alanların vəziyyəti açıqlandı

Hadisə

02 Mart 2025 14:30 299


Bakının Binə qəsəbəsində baş verən yanğında xəsarət alanların vəziyyəti açıqlanıb.

Bu barədə TƏBİB-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib.

Məlumata əsasən, 02.02.2025-ci il tarixində saat 04:25-də Xəzər rayonu, Binə qəsəbəsi, Xaqani 9 ünvanından yanğın baş verməsi səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə müraciət qeydə alınıb. Toyuqlu pizza

"Dərhal hadisə yerinə briqadalar cəlb olunub. Xəsarət alan 5 nəfər (2-si qadın, 3-ü kişi cinsli olmaqla) Nərimanov Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Yanıq Mərkəzinə hospitalizasiya olunub.

2008-ci il təvəllüdlü (kişi cinsli) şəxsə bədən səthinin 80%-inin III-IV dərəcəli termiki alov yanığı şoku diaqnozu təyin edilib.

2002-ci il təvəllüdlü (kişi cinsli) şəxsə bədənin III-IV dərəcəli termiki alov yanığı şoku diaqnozu təyin edilib.

1977-ci il təvəllüdlü (kişi cinsli) şəxsə üzün, hər iki yuxarı və aşağı ətrafların II-III dərəcəli termiki alov yanığı diaqnozu təyin edilib.

1978-ci il (qadın cinsli) şəxsə üzün, boynun, hər iki yuxarı və aşağı ətrafların II-III dərəcəli termiki alov yanığı diaqnozu təyin edilib.

1974-cü il (qadın cinsli) sifətin, hər iki əlin, yuxarı ətrafın və yuxarı tənəffüs yollarının II-III dərəcəli termiki alov yanığı şoku diaqnozu təyin edilib.

Hazırda 2008-ci il təvəllüdlü (kişi cinsli) şəxsin vəziyyəti kritik ağır, digər 4 nəfərin vəziyyəti isə ağır qiymətləndirilir. Onların hər biri Reanimasiya şöbəsinə yerləşdirilib və müalicələri davam etdirilir", - məlumatda deyilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!