Bakıdakı sığınacaqda pəncərədən yıxılıb ölən 16 yaşlı qızla bağlı   RƏSMİ AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Bakıdakı sığınacaqda pəncərədən yıxılıb ölən 16 yaşlı qızla bağlı RƏSMİ AÇIQLAMA

Sosial

20 Noyabr 2025 21:54 797


Noyabrın 19-u Binəqədi rayonu, Motodrom qəsəbəsinin ərazisində yerləşən "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sığınacağında ölüm hadisəsi qeydə alınıb.

Sığınacaqda yaşayan 2009-cu il təvəllüdlü Şəmkir rayon sakini Nurcan Elşad qızı Cəfərova sığınacağın 4-cü mərtəbəsinin pəncərəsindən yıxılıb. Xəstəxanaya yerləşdirilən N.Cəfərova bir neçə saat sonra vəfat edib.

"Yeni Sabah" xəbər verir ki, hadisə ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi açıqlama yayıb. Dördpendirli pizza

Bildirilib ki, 21 avqust 2025-ci il tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qohumlarının evindən qaçan Nurcan Elşad qızı Cəfərova barəsində məlumat daxil olub. Tərəfimizdən uşağın mənafeyinin qorunması məqsədilə dərhal tədbirlər görülüb və qiymətləndirilməsi aparılıb.

Məlum olub ki, Nurcanın anası Vüsalə Orucova 2014-cü ildə vəfat edib, atası isə Rusiya Federasiyasında yaşayır. Uşağın xalası Turanə Həsənova müxtəlif səbəblərdən ona qayğı göstərmək istəmədiyini bildirib. Qiymətləndirmə prosesində Nurcan da xalanın ailəsinə geri qayıtmaq istəmədiyini qeyd edib.

Nurcan Cəfərovanın təhlükəsizliyinin təmin edilməsi və mənafeyinin qorunması məqsədilə o, Agentliyin 11.09.2025-ci il tarixli qərarı ilə "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sığınacağına yerləşdirilib və sığınacaq tərəfindən uşaqla sosial-psixoloji reabilitasiya işləri aparılıb.

Həmçinin uşağın gələcək hüquqi statusunun müəyyənləşdirilməsi və ona himayəçi təyin olunması məqsədilə Şəmkir Rayon İcra Hakimiyyətinə Agentlik tərəfindən sorğu göndərilib. Cavab məktubuna əsasən, Nurcan Cəfərova üçün himayəçi təyin edilə biləcək şəxs müəyyən edilməyib.

Qeyd edilib ki, Nurcan sığınacaqda olduğu müddətdə mütəmadi olaraq xalası ilə telefon əlaqəsi saxlayıb. Atası Elşad Səfərov ölkəyə qayıtdıqdan sonra 18.11.2025-ci il tarixində uşaqdan rəsmi qaydada imtina edib.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!