Bakıdakı yanğında 15 nəfər xəsarət alıb - Rəsmi

saytların hazırlanması

Evə çatdırılma

Bakıdakı yanğında 15 nəfər xəsarət alıb - Rəsmi

Hadisə

31 Mart 2024 23:42 763


Bakıda yaşayış binasında baş verən yanğında 15 nəfər xəsarət alıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat yayıb.

Məlumata görə, 31.03.2024-cü il tarixində saat 20:30 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub. pizza mizza

Hadisə yerinə dərhal 13 təcili yardım briqadası cəlb olunub.

Yüngül xəsarətlərlə 15 nəfər Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub, bir nəfərə isə yerində tibbi yardım göstərilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!