Bakıdan Bəhreyn Kralına təbrik ünvanlandı

saytların hazırlanması

Evə çatdırılma

Bakıdan Bəhreyn Kralına təbrik ünvanlandı

Siyasət

16 Dekabr 2024 11:17 294


Prezident İlham Əliyev Bəhreynin Kralı Əlahəzrət Şeyx Həməd bin İsa Ali- Xəlifəyə təbrik məktubu göndərib.

Yenisabah.az xəbər verir ki, məktubda deyilir:

"Əlahəzrət, pizza hut

Bəhreyn Krallığının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan-Bəhreyn əlaqələrinin genişləndirilməsi, ölkələrimiz arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda səylərimizi bundan sonra da davam etdirəcəyik.

Bu bayram günündə Sizə ən xoş arzularımı çatdırır, dost Bəhreyn xalqına daim əmin-amanlıq və rifah arzulayıram".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!