Bakıdan bu şəhərlərə 1 avroya uçmaq mümkün olacaq

saytların hazırlanması

Evə çatdırılma

Bakıdan bu şəhərlərə 1 avroya uçmaq mümkün olacaq

Sosial

24 Fevral 2020 12:41 804


"Türk Hava Yolları' şirkətinin törəməsi olan "AnadoluJet"in martın 29-dan etibarən İstanbul şəhərinin "Sabiha Gökçen" və paytaxt Ankaranın "Esenboğa" hava limanlarından həyata keçirəcəyi yeni uçuşların birtərəfli qiymətləri 1 avrodan başlayacaq. "Yeni Sabah" bu barədə aviaşirkətə istinadən xəbər verir. Məlumata görə, simvolik qiymət Azərbaycan, Almaniya, Avstriya, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Belçika, Danimarka, Fransa, Gürcüstan, Hollandiya, İngiltərə, İspaniya, İsrail, İsveç, İtaliya, Küveyt, Rusiya və Səudiyyə Ərəbistana yerinə yetiriləcək aviareyslərə aid ediləcək. Xatırladaq ki, "AnadoluJet" 2016-cı ildə yaradılıb. Loukoster hazırda 36 təyyarəsi ilə 43 hava limanına uçuşlar həyata keçirir. /Report
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!