Bakıdan göndərilən humanitar yardım Suriya sərhədinə çatdı - Video

saytların hazırlanması

Evə çatdırılma

Bakıdan göndərilən humanitar yardım Suriya sərhədinə çatdı - Video

Dünya

05 Yanvar 2025 12:17 499


Bakıdan yola düşən və 200 ton ərzaq məhsulu daşıyan 10 yük maşını Türkiyədən keçərək bu ölkənin Suriya ilə sərhədinə çatıb.

Bu barədə Oxu.Az "Haber Global"a istinadən xəbər verir.

Bildirilir ki, hazırda maşınlar Kilisdəki Çobanbey sərhəd-keçid məntəqəsindədir və gömrük prosedurlarımdan sonra Suriya ərazisinə daxil olacaqlar. Dördpendirli pizza

Tranzit Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) koordinasiyası altında həyata keçirilir.

Yardım maşınları sərhəd-keçid məntəqəsindən keçdikdən sonra AFAD-ın logistika anbarlarına təhvil veriləcək. Anbarlarda görülən hazırlıqlardan sonra məhsullar Suriyada yardıma ehtiyacı olan ailələrə paylanacaq.

Qeyd edək ki, dekabrın 30-da Azərbaycan Prezidentinin göstərişinə əsasən, Suriyada humanitar böhrandan əziyyət çəkən əhaliyə yardım məqsədilə müvafiq yardım göndərilib. On yük avtomobilindən ibarət konvoyda ümumilikdə 200 tona yaxın ərzaq və qida məhsulları var.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!