Bakıdan İstanbula uçan təyyarə geri qayıtdı 

saytların hazırlanması

Evə çatdırılma

Bakıdan İstanbula uçan təyyarə geri qayıtdı 

Hadisə

10 İyul 2024 16:22 734


"Azərbaycan Hava Yolları" QSC (AZAL) aviaşirkətinin J2-075 nömrəli Bakı-İstanbul reysini yerinə yetirən təyyarəsinin kapitanı texniki səbəblərə görə (kondisioner sistemində yaranmış problem) uçuş hava limanına qayıtmaq qərarına gəlib. 

Yenisabah.az AZAL-a istinadən xəbər verir ki, təyyarə 16:04-də Heydər Əliyev Beynəlxalq Aeroportunda uğurla eniş edib. 

Məlumata görə, sözügedən reysin sərnişinləri başqa təyyarə ilə İstanbula yola düşəcəklər: "Əlavə suallar yaranarsa, sərnişinlər callcenter@azal.az elektron poçt ünvanı vasitəsilə çağrı mərkəzinə müraciət edə bilərlər. AZAL yaranmış narahatlığa görə reysin sərnişinlərindən üzr istəyir".  Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!